Bakı Nəqliyyat Agentliyinin “Bir Yoldayıq” sosial maarifləndirmə kampaniyası çərçivəsində “Məktəblilərlə Bir Yoldayıq” layihəsinə start verilib. Bu barədə məlumatı Binəqədi RiH yayıb.
Layihə çərçivəsində paytaxtın orta məktəblərində aşağı sinif şagirdləri xüsusi təlimlərə cəlb ediləcək.
ilk təlimlər Bakı şəhəri Binəqədi rayon icra Hakimiyyətinin dəstəyi ilə rayonda yerləşən 126, 244 və 246 saylı orta məktəblərində təhsil olan 300 nəfərə yaxın şagird üçün təşkil edilib.
Təşkil edilən təlimlərdə Binəqədi rayon icra Hakimiyyəti Aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Rauf Həsənov, şöbənin baş məsləhətçisi Seymur Hacıyev, Bakı Nəqliyyat Agentliyinin nümayəndələri, məktəblərin direktorları və şagirdlər iştirak ediblər.
Bakı Nəqliyyat Agentliyi Sürücü Təlim Mərkəzinin təlimçisi şagirdlərə yol hərəkəti və ictimai nəqliyyatda etik davranış qaydalarına əməl edilməsi ilə bağlı məlumat verib. Bu qaydalara əməl edilməsinin həm şəxsi təhlükəsizlikləri, həm də bir şəxsiyyət olaraq formalaşmaları baxımından əhəmiyyətli olması diqqətə çatdırılıb. şagirdlərin marağını artırmaq üçün təlimlər interaktiv keçirilib, viktorinalar təşkil edilib. Eyni zamanda, məktəblilərə Bakı Nəqliyyat Agentliyinin azyaşlılar üşün hazırladığı “ictimai Nəqliyyatda Davranış Qaydaları” adlı şəkilli izahat kitabçaları təqdim olunub. Xüsusi aktivliyi ilə seçilən şagirdlər isə hədiyyələrlə mükafatlandırılıb. Qeyd edək ki, “Bir Yoldayıq” kampaniyasının əsas məqsədi, yol hərəkəti iştirakçılarının, o cümlədən piyada, sürücü və sərnişinlərin innovativ vasitələrdən istifadə etməklə maarifləndirilməsidir.
Belediyye.info